LEQAL XƏBƏR məlumat verir ki, Bakıda elektrik yarımstansiyasından təxminən 10 min manat dəyərində avadanlıq oğurlanıb.
Məlumata görə, naməlum şəxs yarımstansiyaya daxil olaraq cərəyan açarlarını və transformatora məxsus mis şinləri oğurlayıb. Hadisə nəticəsində obyektə ümumilikdə 10 min manata yaxın maddi ziyan dəyib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı Dəyanət Kərimov saxlanılıb.
Onun üzərindən və yaşadığı ərazidən oğurlanmış elektrik avadanlığının bir hissəsi aşkar edilərək maddi sübut kimi götürülüb.