Legal Xəbər məlumat verir ki, dünya bazarında Azərbaycanın əsas ixrac markası olan “Azeri Light” neftinin qiyməti 100 ABŞ dollarından yuxarı səviyyədə ticarət olunur. Son göstəricilərə əsasən, bir barel Azərbaycan neftinin qiyməti 100 dollar həddini keçərək yüksək səviyyədə qalmaqdadır.
Mütəxəssislər bildirirlər ki, neft qiymətlərində müşahidə olunan artım qlobal enerji bazarındakı dəyişikliklər, geosiyasi proseslər və tələbatın yüksəlməsi ilə əlaqədardır. Bu amillər “Azeri Light” markalı neftin dəyərinin artmasına təsir göstərir.