İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

14 gün keçsə də, malı qaytarmaq olar

“Bəzi vətəndaşlar düşünür ki, 14 gün keçdikdən sonra artıq alınan malı qaytarmaq mümkün deyil. Lakin bu, düzgün fikir deyil”. Bunu vəkil Turan Abdullazadə deyib. Onun sözlərinə görə, mal qüsurludursa, geri qaytarılmanı zəmanət müddəti ərzində rəsmi qaydada həyata keçirmək mümkündür: “Məsələn, malı

12 baxış 3 dəq
14 gün keçsə də, malı qaytarmaq olar

“Bəzi vətəndaşlar düşünür ki, 14 gün keçdikdən sonra artıq alınan malı qaytarmaq mümkün deyil. Lakin bu, düzgün fikir deyil”.
Bunu vəkil Turan Abdullazadə deyib.


Onun sözlərinə görə, mal qüsurludursa, geri qaytarılmanı zəmanət müddəti ərzində rəsmi qaydada həyata keçirmək mümkündür:


“Məsələn, malı almısınız, onun heç bir problemi yoxdur, amma siz sadəcə öz istəyinizlə malı geri qaytarmaq istəyirsiniz. Bu halda, təbii ki, 14 gün keçibsə, geri qaytarılma mümkün deyil. Lakin məhsulda qüsur və ya mühüm qüsur varsa, bu halda zəmanət müddəti ərzində malı geri qaytarmaq mümkündür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, istehlakçı müqavilə və digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə uyğun olaraq satıcıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər”.


T. Abdullazadə qeyd edib ki, satıcı və ya icraçı bu tələbi yerinə yetirməyə məcburdur:

“Çünki istehlakçı malda mühüm qüsur aşkar edərsə, onun itkilərinin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Bundan başqa, alıcı satıcı ilə digər formada razılığa gələ bilər. Məsələn, malın lazımi keyfiyyətli digər mal ilə dəyişdirilməsi, satış qiymətinin uyğun məbləğə endirilməsi, digər model və markalı mal ilə yenidən hesablaşma aparmaq yolu ilə malın əvəzini satıcıdan tələb edə bilər”.


Xəbəri paylaş Dostlarınıza göndərin