İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

14 SANTİİMETRDƏN KİÇİK BANANLARIN ÖLKƏYƏ GİRİŞİ QADAĞAN EDİLDİ

Rusiya tarixində ilk dəfə olaraq banan idxalı üçün rəsmi dövlət standartını (GOST) qəbul edib. 2026-cı ilin mart ayından qüvvəyə minəcək yeni qaydalara əsasən, ölkəyə gətirilən bananların keyfiyyətinə və ölçüsünə ciddi nəzarət ediləcək. Rusiyaya idxal edilən hər bir bananın uzunluğu ən azı 14

11 baxış 3 dəq

Rusiya tarixində ilk dəfə olaraq banan idxalı üçün rəsmi dövlət standartını (GOST) qəbul edib. 2026-cı ilin mart ayından qüvvəyə minəcək yeni qaydalara əsasən, ölkəyə gətirilən bananların keyfiyyətinə və ölçüsünə ciddi nəzarət ediləcək.

Rusiyaya idxal edilən hər bir bananın uzunluğu ən azı 14 santimetr olmalıdır. Bundan kiçik meyvələrin satış məqsədilə ölkəyə girişi qadağan edilir.

İdxal zamanı bananların yaşıl və ya açıq yaşıl rəngdə olması icbaridir. Sarı (artıq yetişmiş) bananların idxalı məhdudlaşdırılır. Məqsəd meyvələrin istehlakçıya çatana qədər Rusiyadakı xüsusi anbarlarda yetişməsini təmin etməkdir.

Bir banan demetində (salxımında) ən azı 3 ədəd meyvə olmalıdır. Demet daxilində yalnız bir ədəd zədələnmiş meyvəyə icazə verilir, o şərtlə ki, onun saplağı yaşıl qalsın.

Yeni qaydalar meyvənin dadına da təsir edir; kəsildikdə süd şirəsi ifraz etməli və yüngül xiyar ətri verməlidir.

Rusiya Standartlaşdırma Qurumu (Rosstandart) bildirir ki, bu addım bazarda aşağı keyfiyyətli məhsulların qarşısını almaq və istehlakçıları standartlara cavab verən təzə meyvə ilə təmin etmək üçün atılıb. Eyni zamanda, Rusiya son illərdə Ekvador bananından asılılığı azaltmaq üçün Hindistan kimi ölkələrdən idxalı artırır və ölkənin cənubunda (Stavropol və Soçi) istixana şəraitində banan yetişdirilməsi layihələrinə başlayıb.


Xəbəri paylaş Dostlarınıza göndərin