Leqal xəbər məlumat verir ki, Bakı–Ələt–Astara magistral yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində yol örtüyünün yararsız vəziyyəti sürücülərin narazılığına səbəb olub. Məlumata görə, yolda yaranmış dərin çuxurlar nəticəsində Bakı istiqamətində hərəkət edən 15-dən çox avtomobilə ziyan dəyib. Sürücülər bildirir ki, bəzi nəqliyyat vasitələrinin təkərləri və diskləri sıradan çıxıb. Onların sözlərinə görə, problem xüsusilə gecə saatlarında daha təhlükəli hal alır. Görünmənin zəif olması səbəbindən çuxurları vaxtında aşkar etmək mümkün olmur. Sürücülər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və dəyən ziyanın qarşılanmasını tələb edirlər. Məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.
15-dən çox avtomobil zədələndi
Leqal xəbər məlumat verir ki, Bakı–Ələt–Astara magistral yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində yol örtüyünün yararsız vəziyyəti sürücülərin narazılığına səbəb olub. Məlumata görə, yolda yaranmış dərin çuxurlar nəticəsində Bakı istiqamətində hərəkət edən 15-dən çox
15 baxış
3 dəq
