Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
LEQAL XƏBƏR məlumat verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Azər Mustafayev saxlanılıb.
Onun üzərinə baxış zamanı 15 kiloqram marixuana və 4 kiloqram heroin olmaqla ümumilikdə 19 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Azər Mustafayev ifadəsində narkotik vasitələri müxtəlif ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Azər Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.![]()