İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

2 MİNDƏN ÇOX BOŞANMA QEYDƏ ALINIB

Legal Xəbər məlumat verir ki, Azərbaycanda 2025-ci il ərzində 20 il və daha artıq davam edən nikahlar arasında 2 681 boşanma faktı qeydə alınıb. Məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb. Statistik göstəricilərə əsasən, son üç ildə boşanmaların ən böyük hissəsi 10-19 il davam edən

9 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, Azərbaycanda 2025-ci il ərzində 20 il və daha artıq davam edən nikahlar arasında 2 681 boşanma faktı qeydə alınıb. Məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.
Statistik göstəricilərə əsasən, son üç ildə boşanmaların ən böyük hissəsi 10-19 il davam edən nikahların payına düşüb. 2025-ci ildə ümumilikdə 20 675 boşanma rəsmiləşdirilib. Onlardan 7 354-ü 10-19 il, 5 795-i 5 ilə qədər, 4 845-i isə 5-9 il davam edən nikahlara aid olub.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ölkədə 21 384 boşanma qeydə alınıb. Həmin dövrdə 20 il və daha artıq davam edən nikahlar üzrə 2 554 boşanma baş verib. 2023-cü ildə isə bu göstərici 2 334 olub.
Rəqəmlər göstərir ki, uzunömürlü ailələrdə boşanma halları son illərdə artım tendensiyası nümayiş etdirir. Bununla yanaşı, ən çox boşanma yenə də 10-19 il davam edən nikahlar arasında qeydə alınır.



Xəbəri paylaş Dostlarınıza göndərin