LEQAL XƏBƏR məlumat verir ki, Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək.
Məlumata görə, bu, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı sərəncamda əksini tapıb.
Sərəncama əsasən, yataqxana kompleksinin tikintisinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılması nəzərdə tutulub.![]()