Ət maşınında sıxılma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, eləcə də 4 barmağı tam amputasiya olunub.
Hadisədən təxminən 7 saat sonra klinikaya çatdırılan uşaq üzərində 8 saatlıq mürəkkəb mikrocərrahi əməliyyat aparılıb. Sümük, damar, sinir və vətər strukturları bərpa edilib.
Hazırda uşağın vəziyyəti qənaətbəxşdir, ətrafın sağ qalması baxımından kritik mərhələ uğurla keçilib. Uşaq reabilitasiya proqramına cəlb olunub.![]()
Əməliyyatdan sonra xəstə 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb. Hemodinamik və lokal vəziyyətinin stabil olması nəzərə alınaraq postoperativ dövrün 2-ci günündə palataya köçürülüb.
Hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. Rekonstruksiya olunmuş sol yuxarı ətrafın klinik vəziyyətində müsbət dinamika müşahidə olunur. Ətrafın sağ qalması baxımından kritik postoperativ mərhələ uğurla keçilib.
Uğurla yekunkaşan əməliyyat Səhiyyə Nazirliyinin Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının yüksək texnologiyalı mikrocərrahi imkanlarını və həkim komandasının peşəkarlığını göstərən nümunəvi bir təcrübədir.

