İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

326 nəfər saxlanılıb

Leqal xəbər məlumat verir ki, Fransada baş verən kütləvi iğtişaşlar və etiraz aksiyaları zamanı ümumilikdə 326 nəfər saxlanılıb. “Le Figaro” nəşrinin yaydığı məlumata görə, ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı polis ilə nümayişçilər arasında toqquşmalar yaşanıb. Hüquq-mühafizə

6 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Fransada baş verən kütləvi iğtişaşlar və etiraz aksiyaları zamanı ümumilikdə 326 nəfər saxlanılıb.

“Le Figaro” nəşrinin yaydığı məlumata görə, ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı polis ilə nümayişçilər arasında toqquşmalar yaşanıb. Hüquq-mühafizə orqanları ictimai asayişin pozulması, zorakılıq halları və dağıntılarla bağlı yüzlərlə şəxsi nəzarətə götürüb.

Məlumata əsasən, etirazlar zamanı bir sıra şəhərlərdə avtomobillər yandırılıb, ictimai obyektlərə ziyan vurulub və təhlükəsizlik qüvvələrinə qarşı hücumlar qeydə alınıb. Polis vəziyyətə nəzarəti təmin etmək üçün geniş təhlükəsizlik tədbirləri həyata keçirib.

Fransa Daxili İşlər Nazirliyi saxlanılan şəxslərlə bağlı araşdırmaların davam etdiyini bildirib. Hadisələr nəticəsində xəsarət alanların olduğu da qeyd edilir.

Ölkədə vəziyyətin nəzarətdə saxlanılması məqsədilə əlavə polis qüvvələrinin cəlb olunduğu vurğulanır.

Xəbəri paylaş Dostlarınıza göndərin