İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

33 İLDİR AXTARIŞDA OLAN ŞƏXS ALMANİYADA SAXLANILARAQ AZƏRBAYCANA GƏTİRİLDİ

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyada saxlanılaraq ölkəyə ekstradisiya olunub. Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən Elşən

7 baxış 3 dəq
33 İLDİR AXTARIŞDA OLAN ŞƏXS ALMANİYADA SAXLANILARAQ AZƏRBAYCANA GƏTİRİLDİ
LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyada saxlanılaraq ölkəyə ekstradisiya olunub.
Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən Elşən Həsən oğlu Şamilov iyunun 18-də Azərbaycana gətirilib.
Məlumata əsasən, Gürcüstan vətəndaşı olan Elşən Şamilov 1990-cı illərin əvvəllərində tamah niyyəti ilə digər şəxslərlə birlikdə quldurluq cinayəti törətməkdə, zərərçəkmiş Qurbanəli Mustafayevin sağlamlığına ağır xəsarətlər yetirərək onu qəsdən öldürməkdə ittiham olunur. O, bu cinayətə görə 33 il beynəlxalq axtarışda olub.
Baş Prokurorluğun sorğusu, beynəlxalq hüquqi prosedurlar və Almaniya tərəfi ilə aparılan danışıqlardan sonra onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib.
Elşən Şamilov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar Xidmətin əməkdaşları tərəfindən Almaniyanın Frankfurt şəhərindən Azərbaycana gətirilib. Məhkəmənin qərarına əsasən, o, istintaq təcridxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin