İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Leqal XəbərBaku TV-yə istinadən məlumat verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir

9 baxış 3 dəq
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Leqal XəbərBaku TV-yə istinadən məlumat verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib.

Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektrik ustası çağırıblar. Usta xətti bərpa etmək məqsədilə dirəyə çıxarkən çürümüş elektrik dirəyi qəfil aşıb və qadının başına dəyib.

Mərhumun həyat yoldaşı hadisəni belə təsvir edib:

"Səhər duranda gördüm ki, işıq xəttinin biri yerə düşüb. Gedib elektrik ustası gətirdim. O da dirəyə çıxıb xətti bağlayanda dirək yoldaşımın üstünə aşdı".

Hadisənin baş verdiyi ərazidə yaşayan qonşulardan biri də elektrik dirəyinin çürümüş vəziyyətdə olduğunu bildirib:

"Bu, həmin işıq dirəyidir, çürüyüb. Gəlin də burayla getdiyi yerdə beyninə dəyib, canını tapşırıb. 35 yaşında cavan gəlinin balası yetim qaldı", - deyə qonşu bildirib.

Yaxınları qadını öz avtomobilləri ilə xəstəxanaya çatdırmağa çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin