İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi

Bakıda 31 yaşlı ana 48 günlük körpəsi ilə birlikdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, körpə nikahdankənar doğulub və atası uşağa atalıq

12 baxış 3 dəq

Bakıda 31 yaşlı ana 48 günlük körpəsi ilə birlikdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, körpə nikahdankənar doğulub və atası uşağa atalıq vermir.

Mehriban Zeynalova qeyd edib ki, 31 yaşlı qadının ümumilikdə altı övladı var. İlk uşağını 14 yaşında dünyaya gətirən qadının övladlarının ataları fərqli şəxslərdir. Digər beş uşağı da dövlət internat məktəbinə verilib.

Əslən bölgələrdən birindən olan qadın oktyabrın 5-dən 48 günlük körpəsi ilə birlikdə sığınacağa qəbul edilib.

M. Zeynalova qeyd edib ki, körpənin ümumi vəziyyəti normaldır, hər hansı xəstəliyi yoxdur. Bununla belə, uşaq zəifdir və çəkisi təxminən 2,5–2,9 kiloqramdır. Onun sözlərinə görə, körpəyə yaxşı qulluq edilərsə, uşağın inkişafı üçün müsbət şərait yarana bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin