İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?

Paytaxtda köhnə avtobuslarla bağlı problemlər davam edir. Növbəti şikayət Sabunçu və Yeni Günəşli qəsəbələri istiqamətində hərəkət edən 55 nömrəli marşrutla bağlıdır. Leqal Xəbər istinadən bildirir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Sərnişinlərin

9 baxış 3 dəq

Paytaxtda köhnə avtobuslarla bağlı problemlər davam edir. Növbəti şikayət Sabunçu və Yeni Günəşli qəsəbələri istiqamətində hərəkət edən 55 nömrəli marşrutla bağlıdır.

Leqal Xəbər istinadən bildirir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.

Sərnişinlərin sözlərinə görə, sözügedən marşrut xətti üzrə avtobuslar köhnə olduğu üçün tez-tez yolda nasazlıq halları baş verir. Bu vəziyyət avtobusların hərəkət intervalına da təsir göstərir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, 55 nömrəli marşrut xəttində avtobusların bir qismi yenilənib. Proses davam etdirilir.

"Marşrutun keçdiyi küçə və prospektlərdə müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervalın pozulması ilə nəticələnə bilir. Buna baxmayaraq, daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, avtobusların saz vəziyyətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib", - deyə açıqlamada qeyd olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin