Sumqayıt şəhərində 9-cu sinif şagirdi bıçaqlanıb.
Hadisə şəhərdə, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib.
2011-ci il təvəllüdlü T.Ə. bıçaq xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisənin 2010-cu il təvəllüdlü R.H. tərəfindən törədildiyi müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, hər iki yeniyetmə Sumqayıt şəhərindəki orta məktəblərdən birinin şagirdidir. R.H. 10-cu, T.Ə. isə 9-cu sinifdə təhsil alır.
Faktla bağlı araşdırma aparılır.