İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ABŞ-DƏ AZYAŞLI QIZIN ÖLÜMÜ: BEYNİNİ AMÖB "YEDİ"

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin Luiziana ştatından olan 8 yaşlı Lillian Smart nadir və ağır infeksiyaya səbəb olan “Naegleria fowleri” amöbünə yoluxduqdan sonra həyatını itirib. Məlumata görə, Raston şəhərindən olan Lillian avqustun 22-də, doğum günündən bir gün sonra vəfat edib. O, avqustun

9 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin Luiziana ştatından olan 8 yaşlı Lillian Smart nadir və ağır infeksiyaya səbəb olan “Naegleria fowleri” amöbünə yoluxduqdan sonra həyatını itirib.

Məlumata görə, Raston şəhərindən olan Lillian avqustun 22-də, doğum günündən bir gün sonra vəfat edib. O, avqustun 15-dən etibarən xəstəxanada müalicə olunurdu.

Qızın ailəsi sosial şəbəkədə paylaşdığı açıqlamada onun beyninə dəyən zərərin çox ciddi olduğunu bildirib.

Bundan əvvəl Luiziana Səhiyyə Departamenti ştat sakininin “Naegleria fowleri” ilə yoluxduğunu təsdiqləyib. Qurum yoluxmanın ən ehtimal olunan mənbəyinin Kleyborn dairəsində yerləşən Kleyborn gölü olduğunu açıqlayıb.

Məlumata görə, “Naegleria fowleri” əsasən isti şirin sularda yaşayır. İnfeksiya tərkibində amöb olan suyun burundan daxil olması zamanı baş verə bilər. Mikroorqanizm daha sonra burun boşluğundan beyinə keçərək ağır beyin infeksiyasına səbəb ola bilər.

Qeyd edək ki, bu infeksiya çox nadir hallarda baş versə də, olduqda son dərəcə ağır nəticələrə səbəb ola bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin