İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin enerji şəbəkəsinə yönələn təhlükələrlə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq olunmasına qərar verib. Qərara əsasən, ABŞ enerji sistemində bəzi xarici istehsal olan texniki avadanlıqların, proqram təminatlarının və rəqəmsal

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin enerji şəbəkəsinə yönələn təhlükələrlə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq olunmasına qərar verib.

Qərara əsasən, ABŞ enerji sistemində bəzi xarici istehsal olan texniki avadanlıqların, proqram təminatlarının və rəqəmsal komponentlərin istifadəsinə məhdudiyyətlər qoyulacaq.

Sərəncamda xaricdən elektrik avadanlıqlarının tədarükü ilə bağlı vəziyyətin ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhlükə yaratdığı qeyd olunur.

Məhdudiyyətlərə yüksəkgərginlikli transformatorlar, günəş və akkumulyator sistemləri üçün invertorlar, generatorlar, rele mühafizə cihazları və digər “ağıllı” elektron qurğuların daxil olduğu bildirilir.

ABŞ Energetika nazirinə digər qurumlarla koordinasiya şəraitində artıq quraşdırılmış idxal avadanlıqlarının istismar şərtlərini müəyyənləşdirmək, eləcə də sərəncamın təsir dairəsinə düşən mövcud və gələcək müqavilələrin dayandırılması ilə bağlı tədbirlər görmək səlahiyyəti verilib.

Sərəncamda bu addımların əsas məqsədinin ABŞ enerji şəbəkəsinin mümkün kiberhücumlara qarşı təhlükəsizliyinin və etibarlılığının artırılması olduğu vurğulanır.

Qeyd edək ki, daha əvvəl Donald Tramp ABŞ-də elektrik enerjisi istehsalının əhəmiyyətli dərəcədə artırılmasının vacibliyini bildirmişdi.

Xəbəri paylaş Dostlarınıza göndərin