İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ABŞ-də naqqa ovunun ekstremal üsulu: Nudlinq populyarlaşır

ABŞ-nin Luiziana ştatında naqqa balığını tutmağın "nudlinq" adlanan qeyri-adi və təhlükəli üsulu getdikcə daha çox maraq görür. Bu üsul zamanı balığı cəlb etmək üçün canlı yem rolunu insanların özü oynayır. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Outside" nəşri məlumat yayıb. 25

12 baxış 3 dəq

ABŞ-nin Luiziana ştatında naqqa balığını tutmağın "nudlinq" adlanan qeyri-adi və təhlükəli üsulu getdikcə daha çox maraq görür. Bu üsul zamanı balığı cəlb etmək üçün canlı yem rolunu insanların özü oynayır.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Outside" nəşri məlumat yayıb.

25 yaşlı balıqçı Remmi Birden bildirib ki, bu üsul zamanı ovçu ayağını suyun altındakı yuvaya yerləşdirir və kürüsünü qoruyan erkək naqqa balığı dərhal hücuma keçir.

"Ayaq suyun altındakı yuvaya salınanda kürünü qoruyan erkək naqqa balığı ani hücum edir. Əslində göy naqqanı biz yox, balıq bizi ovlayır", – deyə o bildirib.

Peşəkar nudlinq ustası Vinni Voznyak isə bu üsulu sınamaq istəyənlər üçün xüsusi turlar təşkil etdiyini deyib. Onun sözlərinə görə, bir nəfər üçün turun qiyməti 400 ABŞ dolları (təxminən 680 manat) təşkil edir və hər ay 400-dən çox müraciət alır.

Voznyak bildirib ki, müştərilərinin əksəriyyəti əvvəllər heç vaxt balıq tutmayan şəxslərdir. Onun sözlərinə görə, təşkil etdiyi turlardan birində qadın iştirakçılar əllərini və ayaqlarını suya salaraq ilk cəhdlərində iri ölçülü naqqa balıqları tutmağa nail olublar.

Balıqçıların sözlərinə görə, bu sahədə ən tanınmış simalardan biri 63 yaşlı Skipper Bayvinsdir. O, cəmi dörd yaşından etibarən naqqa balıqlarını əliyalın ovlamağa başlayıb. Bayvins Şimali Amerikada 50 kiloqram, İspaniyada isə 113 kiloqram çəkidə naqqa balığı tutmaqla diqqət çəkib.

Bioloqlar hesab edirlər ki, nudlinq üsulu hazırda naqqa balığı populyasiyasına ciddi təsir göstərmir. Oklahoma Vəhşi Təbiəti Mühafizə Departamentinin qiymətləndirməsinə görə, bu üsulla məşğul olan insanların sayı hələlik kifayət qədər azdır.

Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, nudlinq ciddi təhlükələrlə müşayiət olunur. Balıqçılar bu proses zamanı bataqlıq ərazilərdə yaşayan alliqatorlar və zəhərli qalxanburun ilanlarla qarşılaşa bilərlər.

Xəbəri paylaş Dostlarınıza göndərin