İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-nin bütün hava limanlarında təyyarələrin uçuşunun dörd saat müddətinə qadağan edilməsinə səbəb Federal Aviasiya Administrasiyasının (FAA) obyektlərindən birində mis kabellərin optik lifli kabellərlə əvəzlənməsi zamanı aparılan işlər olub. Leqal Xəbər Report-a əsasən məlumat verir ki, bu barədə

7 baxış 3 dəq
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-nin bütün hava limanlarında təyyarələrin uçuşunun dörd saat müddətinə qadağan edilməsinə səbəb Federal Aviasiya Administrasiyasının (FAA) obyektlərindən birində mis kabellərin optik lifli kabellərlə əvəzlənməsi zamanı aparılan işlər olub.

Leqal Xəbər Report-a əsasən məlumat verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi "The Wall Street Journal" (WSJ) qəzetinə açıqlamasında bildirib.

O, baş verənlərə görə podratçı şirkət "L3Harris"i məsul tutub. Nazir şirkətin ya nasaz marşrutlaşdırıcı quraşdırdığını, ya da işini lazımi səviyyədə yerinə yetirmədiyini bildirib.

"İndi səriştəsizliyə yol verilib-verilmədiyini araşdırırıq. Açığını desəm, günahkarları məsuliyyətə cəlb etmək niyyətindəyik", - Daffi deyib.

Nazirin sözlərinə görə, "L3Harris"in cümə günü həyata keçirdiyi işlər planlı texniki xidmət xarakteri daşıyıb və ciddi problemlərə səbəb olmamalı idi. Lakin marşrutlaşdırıcı dəyişdirildikdən sonra cihaz uçuşların idarə edilməsi sisteminin digər qovşaqlarına fasiləsiz olaraq qoşulma sorğuları göndərməyə başlayıb. Bu sorğuların sayı hər 4-5 saniyədə təxminən 1 000-ə çatıb.

Nəticədə təyyarələrlə radioəlaqədə və radar məlumatlarının ötürülməsində nasazlıqlar yaranıb.

WSJ-nin məlumatına görə, "L3Harris" onilliklərdir FAA ilə əməkdaşlıq edir. Şirkət daxili araşdırmaya kömək etdiyini bildirib.

"L3Harris" ölkə üzrə uçuşların qadağan edilməsinə və bunun sərnişinlərə, aviaşirkətlərə, eləcə də hava hərəkətinin idarə edilməsinə təsirlərinə son dərəcə ciddi yanaşır", - şirkətin açıqlamasında qeyd olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin