İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ABŞ-DƏ QIZILCA TÜĞYAN EDİR – SON 35 İLİN YOLUXMA REKORDU

Amerika Birləşmiş Ştatlarında son 35 ilin ən yüksək qızılcaya yoluxma göstəricisi qeydə alınıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə TASS ABŞ-nin Cons Hopkins Universitetinin hesabatına istinadən məlumat yayıb. Məlumata görə, iyulun 21-nə olan statistikaya əsasən, ölkədə qızılcaya yoluxanların

7 baxış 3 dəq

Amerika Birləşmiş Ştatlarında son 35 ilin ən yüksək qızılcaya yoluxma göstəricisi qeydə alınıb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə TASS ABŞ-nin Cons Hopkins Universitetinin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, iyulun 21-nə olan statistikaya əsasən, ölkədə qızılcaya yoluxanların sayı 2 295 nəfərə çatıb. Bu göstərici 1991-ci ildən bəri qeydə alınan ən yüksək rəqəmdir.

Bildirilir ki, yoluxma hallarının böyük hissəsi Cənubi Karolina, Yuta, Texas və Virciniya ştatlarında qeydə alınıb. Müqayisə üçün qeyd olunub ki, ötən il ABŞ-də 2 289 nəfərdə qızılca aşkarlanmışdı.

Mütəxəssislər xəstəliyin sürətlə yayılmasını ölkədə vaksinasiya səviyyəsinin azalması ilə əlaqələndirirlər. Məlumata əsasən, yoluxanların 90 faizindən çoxu qızılcaya qarşı peyvənd olunmayıb və ya onların vaksinasiya vəziyyəti barədə məlumat yoxdur.

Qeyd edilir ki, yoluxanların əksəriyyətini 18 yaşdan aşağı uşaqlar təşkil edir.

Xatırladaq ki, ABŞ-də qızılcaya qarşı kütləvi vaksinasiya proqramına 1963-cü ildən başlanılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin