İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. Leqal Xəbər məlumat verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbəkə

8 baxış 3 dəq
ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib.

Leqal Xəbər məlumat verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib.

Qeyd olunub ki, müvafiq tapşırığı komandanlığın rəhbəri, admiral Bred Kuper verib.

Onun sözlərinə görə, "Dəmir qapı" (Iron Gate) əməliyyat qrupunun yaradılması ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasının uğurunu təsdiqləyir.

"CENTCOM-un ABŞ-nin digər dövlət qurumları ilə əməkdaşlığının gücləndirilməsi İrana terrorizmi maliyyələşdirmək, silah istehsalı müəssisələrini bərpa etmək və hərbi ehtiyatlarını artırmaq imkanlarını daha da məhdudlaşdırmağa imkan verəcək", – Kuper bildirib.

Təxminən 20 mülki və hərbi qulluqçudan ibarət olacaq işçi qrupu Florida ştatının Tampa şəhərində yerləşəcək. Struktur digər ABŞ dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət göstərərək müasir silahların, ikili təyinatlı texnologiyaların və sanksiyalara məruz qalan materialların daşınmasının qarşısını almaqla məşğul olacaq.

Bundan əlavə, qrupun fəaliyyət istiqamətlərinə qanunsuz maliyyə kanallarının müəyyənləşdirilməsi və qarşısının alınması da daxildir.

Xəbəri paylaş Dostlarınıza göndərin