Legal xəbər məlumat verir ki, ABŞ dövlət katibinin iqtisadi, energetika və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Azərbaycana işgüzar səfərə gəlib.
Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya imkanları və biznes əlaqələrinin inkişafı ilə bağlı bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bildirilib ki, Kaleb Orrun Azərbaycandakı səfəri iyunun 3-dək davam edəcək. Səfər zamanı müxtəlif dövlət qurumlarının və biznes dairələrinin nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır.