LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) Sakit okeanın şərq hissəsində narkotik vasitələrin daşınmasında şübhəli bilinən gəmiyə zərbə endirib.
Məlumata görə, gəmidə iki nəfər olub. SOUTHCOM-un “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, təsdiqlənmiş kəşfiyyat məlumatlarına əsasən, həmin su nəqliyyatı vasitəsindən narkotiklərin qanunsuz daşınması məqsədilə istifadə olunub.
Komandanlığın məlumatına görə, keçirilən əməliyyat nəticəsində iki nəfər öldürülüb. ABŞ tərəfi onları “narkoterrorçu” adlandırıb.
SOUTHCOM həmçinin əməliyyatın görüntülərini yayıb. Videoda gəmiyə zərbə endirilməsi və daha sonra onun yanması əks olunub.
Hadisənin digər təfərrüatları barədə əlavə məlumat verilməyib.![]()