İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib. Leqal Xəbər Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun xarici ölkələrə hərbi texnika

10 baxış 3 dəq

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib.

Leqal Xəbər Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun xarici ölkələrə hərbi texnika satışına cavabdeh olan müvafiq qurumu məlumat yayıb.

Bəyanatda vurğulanıb ki, satınalma tamamilə ABŞ-ın tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdiriləcək. Tədarükə PAC-3 raketləri üçün məxfi və məxfi olmayan ehtiyat hissələri, eləcə də digər maddi-texniki təminat və proqram təminatı elementləri daxil olacaq.

Vaşinqtonun qiymətləndirməsinə görə, bu saziş Avropada siyasi və iqtisadi sabitlik amili olan tərəfdaş ölkənin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək.

ABŞ hakimiyyətinin məlumatına görə, Ukrayna raketlərin dəyərini Kanada, Almaniya və Norveçin ayırdığı vəsaitlər, həmçinin Avropa İttifaqının krediti hesabına ödəyəcək. Sənəddə xüsusi olaraq qeyd olunub ki, sövdələşmədə ABŞ-ın maliyyə vəsaitlərindən istifadə edilməyəcək.

Bildirilib ki, bu satış Ukraynanın inteqrasiya olunmuş hava hücumundan və raket hücumlarından müdafiə imkanlarını gücləndirərək mövcud və gələcək təhdidlərə qarşı müqavimət qabiliyyətini artıracaq.

Raketlərin tədarükünü Pentaqonun əsas podratçılarından biri olan "Lockheed Martin" şirkəti həyata keçirəcək.

Bəyanatda həmçinin qeyd olunub ki, sazişin icrası üçün Ukraynaya ABŞ hökumətinin və ya podratçı şirkətin əlavə nümayəndələrinin göndərilməsinə ehtiyac olmayacaq. Sövdələşmə ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına da mənfi təsir göstərməyəcək.

ABŞ administrasiyası artıq qəbul edilmiş qərar barədə Konqresi məlumatlandırıb. Qanunverici orqanın sazişi nəzərdən keçirmək və mümkün bloklamaq üçün 30 günü var.

Xəbəri paylaş Dostlarınıza göndərin