İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ABŞ-yə Rusiya dizeli daşıyan tankerlər marşrutlarını dəyişiblər

Syerra-Leone bayrağı altında üzən, Rusiya dizeli daşıyan "Beast" tankeri hərəkət istiqamətini dəyişib. Leqal Xəbər məlumat verir ki, bu barədə gəmilərin hərəkətini izləyən "MarineTraffic" portalının məlumatlarında bildirilib. Oktyabrın 28-də Baltik dənizindəki Primorsk

9 baxış 3 dəq
ABŞ-yə Rusiya dizeli daşıyan tankerlər marşrutlarını dəyişiblər

Syerra-Leone bayrağı altında üzən, Rusiya dizeli daşıyan "Beast" tankeri hərəkət istiqamətini dəyişib.

Leqal Xəbər məlumat verir ki, bu barədə gəmilərin hərəkətini izləyən "MarineTraffic" portalının məlumatlarında bildirilib.

Oktyabrın 28-də Baltik dənizindəki Primorsk limanından yola düşən və əvvəlcə ABŞ-yə istiqamətlənən tanker hazırda Braziliyaya doğru hərəkət edir.

Bundan əvvəl "Talisman" və "Leruo" tankerlərinin də marşrutlarını dəyişdiyi bildirilmişdi. "MarineTraffic"in məlumatına əsasən, birinci tanker artıq Misirin İsgəndəriyyə limanına çatıb, ikinci gəmi isə Braziliyaya doğru üzür.

Bundan başqa, "Agioi Fanendes" tankeri çərşənbə axşamı Bakı vaxtı ilə saat 00:43-ə olan məlumata görə, ABŞ-ın şərq sahillərindən təxminən 1 000 dəniz mili məsafədə sürətini 1,2 düyünə (2,22 km/saat) qədər azaldaraq, demək olar ki, dayanıb.

Gəminin təyinat limanı əvəzinə izləmə sistemlərində "For Orders" ("göstərişləri gözləyir") statusu qeyd olunub. Tankerin ABŞ-a çatma tarixi isə göstərilmir.

Tramp oktyabrın 9-da Rusiyanın dizel yanacağının ABŞ və qlobal bazarlara genişmiqyaslı tədarük ediləcəyini elan edib. Həmin günün sonunda ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının qlobal bazara daxil olmasının yolunu açıb və onu 7 aprel 2027-ci ilə qədər Amerikanın sanksiyalarından müvəqqəti azad edib.

Xəbəri paylaş Dostlarınıza göndərin