Abşeronda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-profilaktik tədbirlər zamanı çoxsaylı hüquqpozmalar aşkarlanıb.
Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan 23 motosiklet sürücüsü inzibati məsuliyyətə cəlb edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt aşkarlanıb, axtarışda olan 5 nəfər saxlanılıb, 15 cinayətin üstü açılıb.
Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32, xırda xuliqanlıq və xırda talama ilə əlaqədar 60 fakt müəyyən edilib.
Sərxoş vəziyyətdə avtomobil idarə edən 3 sürücü barəsində inzibati tədbir görülüb.
Masazırda avtoxuliqanlıq edən və narkotikin təsiri altında qəza törədən iki sürücünün sürücülük hüququ müvafiq olaraq 1 və 2 il müddətinə məhdudlaşdırılıb.![]()
Abşeronda 23 motosikletçi saxlanıldı
Abşeronda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-profilaktik tədbirlər zamanı çoxsaylı hüquqpozmalar aşkarlanıb. Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan 23 motosiklet sürücüsü inzibati məsuliyyətə cəlb edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
6 baxış
3 dəq