LEQAL XƏBƏR məlumat verir ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları elektron ixtisas seçimi ərizəsinə daxil edib təsdiqləməlidirlər.
19 avqust saat 09:45-ə olan məlumata əsasən, 81 255 abituriyent öz ərizəsini təsdiqləyib.
Qeyd edək ki, müsabiqədə yalnız ərizəsini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.
İxtisas seçimi ilə bağlı çətinlik yaşayan abituriyentlər ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri müxtəlif ali təhsil müəssisələrində, DİM-in regional bölmələrinin yerləşdiyi şəhərlərdə və müəyyən tarixlərdə 50-dən çox bölgədə fəaliyyət göstərir.![]()