Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Leqal Xəbər istinadən məlumat verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan dörd kişi oktyabrın 25-də saat 12 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Hazırda yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir. ![]()