İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Ağdaşda 62 yaşlı velosipedçini maşın vurdu

Sürmə vərdişi olmadan velosiped idarə edən ahıl şəxs yol qəzasında həyatını itirdi. Leqal Xəbər məlumat verir, noyabrın 6-sı, saat 22:00 radələrində Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi “Opel” markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən

7 baxış 3 dəq

Sürmə vərdişi olmadan velosiped idarə edən ahıl şəxs yol qəzasında həyatını itirdi. 

Leqal Xəbər məlumat verir, noyabrın 6-sı, saat 22:00 radələrində Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi “Opel” markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi Vasif Həbilovu vurub.

İşıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yolun hərəkət hissəsinə düşüb və arxadan gələn “Mercedes” markalı avtomobil onun üzərindən keçib.

Velosipdçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə 62 yaşlı V.Həbilovun velosiped idarə etmək üzrə vərdişləri olmayıb, lakin o, həmin gün ilk dəfə işə çıxdığı müəssisədən evə qayıtmaq üçün velosiped götürüb.

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini sözügedən faciəli hadisədən düzgün nəticə çıxarmağa, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində hərəkət edərkən işıq cihazlarını işlək vəziyyətdə saxlamağa, işıqqaytarıcı elementlərin yerində olmasına və təmizliyinə nəzarət etməyə, yolun sağ kənar zolağı ilə getməyə, sürmə vərdişləri olmadığı halda yaşayış zonalarından kənara çıxmamağa çağırır.

Xəbəri paylaş Dostlarınıza göndərin