Leqal xəbər məlumat verir ki, Bu gün Ağdam istiqamətinə növbəti köç karvanı yola düşüb. Köç prosesi işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində davam edir.
Məlumata görə, bu mərhələdə müxtəlif bölgələrdə müvəqqəti məskunlaşmış 110 ailə (397 nəfər) doğma yurduna köçürülür.
Köçürülən ailələr əsasən əvvəllər yataqxana, sanatoriya və inzibati binalarda yaşayan məcburi köçkünlərdir. Onlara yeni yaşayış yerlərində dövlət tərəfindən hərtərəfli şərait yaradılır.
Qeyd edək ki, son köçlə birlikdə Ağdam şəhərinə qayıdanların ümumi sayı 659 ailəyə (2411 nəfərə) çatıb.
Bu proses regionun bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli qayıdışı istiqamətində davam etdirilir.
