İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı

Leqal Xəbər məlumat verir ki, sosioloq Üzeyir Şəfiyev Baku TV-yə açıqlamasında məktəblərdə şagirdlər arasında aqressiyanın artmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, şagirdlərin davranışına, ilk növbədə, ailə, məktəb və sosial şəbəkələrdəki mühit təsir göstərir. Sosioloq bildirib ki,

7 baxış 3 dəq

Leqal Xəbər məlumat verir ki, sosioloq Üzeyir Şəfiyev Baku TV-yə açıqlamasında məktəblərdə şagirdlər arasında aqressiyanın artmasının səbəblərindən danışıb.

Onun sözlərinə görə, şagirdlərin davranışına, ilk növbədə, ailə, məktəb və sosial şəbəkələrdəki mühit təsir göstərir.

Sosioloq bildirib ki, ailədə valideynlər arasında, eləcə də valideynlə övlad arasındakı münasibətlərdə aqressiv davranışların olması uşaqların psixologiyasına mənfi təsir göstərir.

O qeyd edib ki, məktəb mühitində şagirdlərin bir-birini alçaltması, təhqiredici ifadələr işlətməsi, həmçinin müəllim və şagirdlər arasında yaranan problemlər də aqressiyaya səbəb olur.

Üzeyir Şəfiyev sosial şəbəkələrin də bu prosesə təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə "TikTok" və digər platformalarda aqressiyanı təşviq edən paylaşımların yayılması şagirdlərin davranışlarına birbaşa təsir göstərir.

Sosioloqun fikrincə, aqressiya xüsusilə 11-16 yaşlı yeniyetmələrdə daha qabarıq müşahidə olunur. Bu dövrdə orqanizmdə baş verən fizioloji və psixoloji dəyişikliklər də davranışlara təsir edir. Buna görə də həmin yaş qrupuna aid şagirdlərlə tərbiyəvi işlərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Xəbəri paylaş Dostlarınıza göndərin