İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırdı

Avropa İttifaqı (Aİ) Ukraynaya “Ukraine Facility” proqramı çərçivəsində təxminən 8 milyard avro həcmində maliyyə yardımının ayrılmasını təsdiqləyib. APA-ya istinad edən Leqal Xəbər-ə görə, Aİ Şurasının rəsmi saytında yayılan məlumatda bildirilir ki, bu proqramın fəaliyyətə başlamasından bəri Kiyevə

7 baxış 3 dəq
Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırdı

Avropa İttifaqı (Aİ) Ukraynaya “Ukraine Facility” proqramı çərçivəsində təxminən 8 milyard avro həcmində maliyyə yardımının ayrılmasını təsdiqləyib.

APA-ya istinad edən Leqal Xəbər-ə görə, Aİ Şurasının rəsmi saytında yayılan məlumatda bildirilir ki, bu proqramın fəaliyyətə başlamasından bəri Kiyevə ayrılan ən böyük birdəfəlik ödənişdir.

Qeyd edilib ki, ayrılacaq vəsaitin təxminən 5 milyard avrosu 2026-cı il üçün nəzərdə tutulan “Ukraine Support Loan” proqramından təmin ediləcək.

Aİ Şurasının məlumatına görə, maliyyə vəsaitinin köçürülməsi Ukraynanın “Ukrayna Planı” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır. Həmin plan ölkənin bərpası, yenidən qurulması və modernləşdirilməsi strategiyasını, eləcə də islahatların həyata keçirilməsi qrafikini müəyyən edir.

Xatırladaq ki, “Ukraine Facility” proqramı 2024-cü il martın 1-də qüvvəyə minib. Proqram 2024–2027-ci illərdə Ukraynaya bərpa, yenidənqurma və modernləşmə məqsədilə qrant və kreditlər şəklində 50 milyard avrodan çox maliyyə dəstəyi göstərilməsini nəzərdə tutur.

Xəbəri paylaş Dostlarınıza göndərin