İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Ali Məhkəmədən vacib izah

Leqal xəbər məlumat verir ki, Ali Məhkəmənin açıqlamalarına əsasən, borc münasibətlərində vətəndaşların ən çox etdiyi səhvlər ciddi hüquqi problemlərə səbəb olur. Əsas diqqət yetirilməli məqam borc müqaviləsinin düzgün tərtib olunmasıdır. Hüquqşünaslar bildirir ki, şifahi razılaşmalar sonradan

6 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Ali Məhkəmənin açıqlamalarına əsasən, borc münasibətlərində vətəndaşların ən çox etdiyi səhvlər ciddi hüquqi problemlərə səbəb olur. Əsas diqqət yetirilməli məqam borc müqaviləsinin düzgün tərtib olunmasıdır. Hüquqşünaslar bildirir ki, şifahi razılaşmalar sonradan məhkəmədə sübut olunmur və bu, borcun geri alınmasını çətinləşdirir.
Məhkəmə təcrübəsinə görə:
Borc mümkün qədər yazılı şəkildə rəsmiləşdirilməlidir
Böyük məbləğlərdə isə notarial təsdiq daha etibarlı sayılır
Borcun verildiyini sübut edən sənəd və ya qəbz vacibdir
Ali Məhkəmə həmçinin vurğulayır ki, borc üzrə hesablamalarda da qanun pozuntuları tez-tez rast gəlinir. Belə ki, faizdən faiz tutulması qanunsuz hesab olunur və yalnız əsas borc üzərindən faiz tətbiq edilə bilər. Nəticə olaraq, mütəxəssislər vətəndaşlara borc münasibətlərində risklərdən qorunmaq üçün bütün razılaşmaları rəsmi sənədlərlə təsdiqləməyi tövsiyə edir.

Xəbəri paylaş Dostlarınıza göndərin