İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ALİMLƏR BEYİNƏ TƏSİR ETMƏKLƏ ÇƏKİ İTİRMƏYİN YOLUNU TAPDILAR

LEQAL XƏBƏR məlumat verir ki, Kembric Universitetinin alimləri beyindəki müəyyən mexanizmlərə təsir etməklə çəki itirməyə kömək edə biləcək iki fərqli mexanizm müəyyən ediblər. Tədqiqatın nəticələri “Nature Metabolism” jurnalında dərc olunub. Alimlər iştahanın və maddələr mübadiləsinin

6 baxış 3 dəq
ALİMLƏR BEYİNƏ TƏSİR ETMƏKLƏ ÇƏKİ İTİRMƏYİN YOLUNU TAPDILAR

LEQAL XƏBƏR məlumat verir ki, Kembric Universitetinin alimləri beyindəki müəyyən mexanizmlərə təsir etməklə çəki itirməyə kömək edə biləcək iki fərqli mexanizm müəyyən ediblər.

Tədqiqatın nəticələri “Nature Metabolism” jurnalında dərc olunub.

Alimlər iştahanın və maddələr mübadiləsinin tənzimlənməsində iştirak edən GIPR – qlükozadan asılı insulinotrop polipeptid reseptorunun rolunu araşdırıblar. Bunun üçün reseptorun beynin müəyyən nahiyələrində olmadığı genetik modifikasiya edilmiş siçanlardan istifadə edilib.

Araşdırma göstərib ki, GIPR-ni aktivləşdirən preparatlar əsasən beyin kötüyünə təsir edir. Bu nahiyədə reseptorun aktivləşdirilməsi iştahanın azalmasına və bədən çəkisinin aşağı düşməsinə səbəb olub.

Eyni reseptorun bloklanması isə başqa mexanizmlə təsir göstərib. Bu zaman əsas rol hipotalamusa məxsus olub. Alimlərin fikrincə, hipotalamusdakı GIPR toxluq siqnallarına beynin reaksiyasını məhdudlaşdıran bir növ “əyləc” rolunu oynayır.

Reseptorun bloklanması nəticəsində toxluq siqnalları daha güclü təsir göstərir, bu da qida qəbulunun və bədən çəkisinin azalmasına səbəb olur.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, GIPR-nin bloklanması piylənməyə qarşı istifadə olunan bəzi dərmanların, o cümlədən GLP-1 reseptorlarına təsir edən preparatların effektini gücləndirə bilər.

Lakin alimlər bildirirlər ki, bu cür kombinasiyaların effektivliyi və təhlükəsizliyi hələ insanlar üzərində klinik sınaqlarda təsdiqlənməlidir.

Tədqiqatın nəticələrinin gələcəkdə beynin müxtəlif nahiyələrindəki mexanizmlərə eyni vaxtda təsir edən daha effektiv arıqlama preparatlarının hazırlanmasına kömək edə biləcəyi bildirilir.

Bununla belə, mühüm məqam ondan ibarətdir ki, araşdırma yalnız siçanlar üzərində aparılıb. Bu mexanizmlərin insanlarda da eyni şəkildə işləyib-işləməyəcəyi hələ məlum deyil.

Xəbəri paylaş Dostlarınıza göndərin