İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ALMANİYA İQTİSADİYYATINA QURAQLIQ VƏ İSTİLƏR SƏBƏBİNDƏN 36 MİLYARD AVRO ZİYAN DƏYİB

LEQAL XƏBƏR məlumat verir ki, 2026-cı ilin yayında Almaniyada müşahidə olunan anomal istilər və quraqlıq iqtisadiyyata ən azı 36 milyard avro zərər vurub. Məlumata görə, bu, Almaniyanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 1 faizinə bərabərdir. Hesablama “Greenpeace” təşkilatının

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, 2026-cı ilin yayında Almaniyada müşahidə olunan anomal istilər və quraqlıq iqtisadiyyata ən azı 36 milyard avro zərər vurub.

Məlumata görə, bu, Almaniyanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 1 faizinə bərabərdir. Hesablama “Greenpeace” təşkilatının qiymətləndirməsində yer alıb.

Araşdırma zamanı nəqliyyat, səhiyyə, meşə və kənd təsərrüfatına dəyən zərər, həmçinin əmək məhsuldarlığının azalması və təhsil sahəsində yaranan xərclər nəzərə alınıb.

Quraqlıq səbəbindən kənd təsərrüfatında məhsuldarlığın azalacağı gözlənilir. Su səviyyəsinin aşağı düşməsi bəzi ərazilərdə gəmiçiliyin dayanmasına səbəb olub.

Bundan əlavə, kimya, poladəritmə və neft emalı sənayeləri də isti hava və su qıtlığından zərər çəkib. On milyonlarla iş saatının itirildiyi bildirilir.

Ən böyük iqtisadi itki əmək sektorunda qeydə alınıb. Belə ki, 25 gün davam edən ekstremal isti hava şəraitinin 10,8 milyard avro zərərə səbəb olduğu hesablanıb.

Meşə təsərrüfatı üzrə itkilərin 5–7,5 milyard avro, istilərlə əlaqədar xəstəlik vərəqələrinə görə yaranan xərclərin isə 6,9 milyard avro olduğu bildirilib.

“Greenpeace” qeyd edir ki, bu rəqəmlər təxmini xarakter daşıyır. Havanın çirklənməsi və enerji sisteminə dəyən zərər tam şəkildə hesablana bilmədiyindən, real iqtisadi itkinin göstərilən məbləğdən daha yüksək ola biləcəyi ehtimal edilir.

Xəbəri paylaş Dostlarınıza göndərin