İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ALMANİYADA 2026-CI İLDƏ KƏSKİN İSTİLƏR SƏBƏBİNDƏN 14 MİN İNSAN ÖLÜB

LEQAL XƏBƏR məlumat verir ki, Almaniyada 2026-cı ilin əvvəlindən etibarən kəskin isti hava şəraiti səbəbindən 14 minə yaxın insan həyatını itirib. Məlumata görə, bu rəqəmlər Almaniya Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Robert Kox İnstitutunun (RKI) hesabatına əsaslanır. Ən son

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Almaniyada 2026-cı ilin əvvəlindən etibarən kəskin isti hava şəraiti səbəbindən 14 minə yaxın insan həyatını itirib.

Məlumata görə, bu rəqəmlər Almaniya Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Robert Kox İnstitutunun (RKI) hesabatına əsaslanır. Ən son məlumatlar 2026-cı ilin əvvəlindən avqustun 9-dək olan dövrü əhatə edir.

Qeyd olunan 14 min ölüm halı ən azı 1992-ci ildən bu yana qeydə alınan ən yüksək göstərici hesab olunur. Ölənlərin təxminən 10 min 500 nəfəri 75 yaşdan yuxarı şəxslərdir.

RKI-nin təhlilinə əsasən, bu ilin yayında Almaniyada iki güclü istilik dalğası qeydə alınıb. İlk istilər iyunun son günlərində, ikinci dalğa isə iyulun sonu və avqustun ilk günlərində müşahidə olunub.

Ölüm hallarının böyük hissəsi, yəni 9 min 600 fakt iyunun 22-dən 28-dək olan həftədə qeydə alınıb. Həmin günlərdə ölkə üzrə orta gündəlik temperatur 26,4 dərəcəyə yüksəlib, bəzi bölgələrdə gündüz saatlarında temperatur 40 dərəcəni keçib.

Şiddətli istilər və quraqlıq ölkənin kənd təsərrüfatına da ciddi təsir göstərib. Almaniya Fermerlər Assosiasiyası dənli bitkilər və rapsın məhsuldarlığında kəskin azalma olduğunu açıqlayıb.

Bundan əlavə, bir sıra bölgələrdə heyvandarlıq üçün yem qıtlığı yaranıb. Fermerlər yaranmış vəziyyətlə bağlı hökumətdən təcili maliyyə yardımı tələb edirlər və bildirirlər ki, əks halda məhsul yığımı ciddi təhlükə ilə üzləşə bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin