İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Almaniyanın 30-dan çox şəhərində gənclərin etirazları başlayıb

Almaniyanın 30-dan çox şəhərində, o cümlədən Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-Mayn və Ştutqartda gənclərin genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalara ölkə üzrə təxminən 160 min nəfərin qatılmasını planlaşdıran "Gen Z regelt" ("Z nəsli həll edir") təşəbbüsü

8 baxış 3 dəq

Almaniyanın 30-dan çox şəhərində, o cümlədən Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-Mayn və Ştutqartda gənclərin genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalara ölkə üzrə təxminən 160 min nəfərin qatılmasını planlaşdıran "Gen Z regelt" ("Z nəsli həll edir") təşəbbüsü çağırış edib.

Leqal Xəbər TASS-a istinadən məlumat verir ki, Berlində nümayiş şəhərin simvollarından biri olan Brandenburq qapısının yaxınlığında keçirilir. Aksiyada 10 mindən çox insanın iştirak edəcəyi gözlənilir.

Etirazçıların əsas tələbləri arasında məcburi hərbi xidmətin bərpasından imtina edilməsi, təhsil, səhiyyə və iqlimin qorunması sahələrinə ayrılan investisiyaların artırılması, həmçinin yaşayış xərclərinin artmasına qarşı daha fəal tədbirlərin görülməsi yer alır.

Məlumata görə, axşam saatlarında Almaniya paytaxtının Rozentaler-plats meydanında təxminən 500 nəfərin iştirakı ilə daha bir aksiyanın keçirilməsi planlaşdırılır. "Z nəslinin səbri tükəndi" şüarı altında keçiriləcək aksiyaya Fələstini dəstəkləyən fəalların və solçu radikalların da qatılacağı gözlənilir.

Berlində ictimai təhlükəsizliyin təmin olunmasına 1 500-ə yaxın polis əməkdaşı cəlb edilib. Təşkilatçılar aksiyalardan əvvəl dəfələrlə yalnız dinc etirazları dəstəklədiklərini bildirərək iştirakçıları təxribatlara uymamağa çağırıblar. Buna baxmayaraq, Almaniyanın hüquq-mühafizə orqanları nümayişlərin iğtişaşlara və etirazçılarla polis arasında toqquşmalara çevrilə biləcəyini istisna etmirlər.

Aksiyaların keçirilməsi "Halloween" bayramı ilə əlaqədar tədbirlərlə eyni vaxta təsadüf edir. (Bayram oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə qeyd olunur - red.)

Bundan əlavə, polisin məlumatına görə, sosial şəbəkələrdə bəzi ekstremist qruplaşmalar, xüsusilə də solçu radikal qruplar öz tərəfdarlarını nümayişlərə qoşulmağa çağırıblar. Bununla əlaqədar olaraq, ölkə üzrə hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər.

Etirazlar ərəfəsində Berlində və digər şəhərlərdə fəaliyyət göstərən bir sıra dəb butiklərinin vitrinləri taxta lövhələrlə bağlanıb. Bəzi mağazalar isə oktyabrın 30-da iş vaxtından əvvəl bağlanacaqları barədə elanlar yerləşdiriblər.

Biznes nümayəndələri etirazların Fransada baş vermiş hadisələrə bənzər talanlarla nəticələnə biləcəyindən ehtiyat edirlər.

Xəbəri paylaş Dostlarınıza göndərin