İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Şamaxıda dəmirçilik ənənəsi yox olmaq təhlükəsi ilə üz-üzə

Leqal Xəbər məlumat verir ki, Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Şamaxı rayonunun qədim Dəmirçi kəndinə səfər edilib. Dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə yerləşən kəndin tarixi XV əsrə gedib çıxır. Kənd adını vaxtilə burada geniş yayılmış dəmirçilik

6 baxış 3 dəq

Leqal Xəbər məlumat verir ki, Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Şamaxı rayonunun qədim Dəmirçi kəndinə səfər edilib.

Dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə yerləşən kəndin tarixi XV əsrə gedib çıxır. Kənd adını vaxtilə burada geniş yayılmış dəmirçilik sənətindən alıb. Sovet dövründə 15-16 dəmirçi dükanının fəaliyyət göstərdiyi Dəmirçidə bu gün qədim sənəti yaşadan cəmi bir neçə usta qalıb.

Kəndin sosial həyatında və sakinlərin taleyində əsas problemlərdən biri əhalinin tədricən şəhərlərə köçməsi və kəndin boşalmasıdır. Yaşlı sakinlər gənclərin iş və daha yaxşı yaşayış şəraiti axtarışı ilə Bakıya və digər şəhərlərə üz tutduqlarını bildirirlər.

Kənd sakini Mikayıl Şükürov mövcud vəziyyətin səbəblərini belə izah edib:

"Son vaxtlar burada 50 qoyununu satıb gedib Bakıda hamballıq edənlər var. Ürəyim partlayır, bir adam tapa bilmirəm ki, söhbət edim. Elə bil ki, kənd camaatı əriyib gedir.

Bakıda toy edirlər, məni də çağırırlar. Gəlib 10 manat pul vermişdin, oturdun, yeyib-içdin. Mən durub elə Bakıya gedib-gəlməyə 100 manat yolpulu verirəm. Deməli, xalq imkansız deyil, daha rahat yaşamaq istəyir. Düşünürəm ki, bunun da səbəbkarı qadınlardır. Onlar aldıqları paltarları kənddə kimə göstərsinlər?! Buna görə də şəhərə köçürlər".

Xəbəri paylaş Dostlarınıza göndərin