İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

AMB-DƏN DOLLAR ƏMANƏTLƏRİ İLƏ BAĞLI AÇIQLAMA

Leqal xəbər məlumat verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) dollarla yerləşdirilən əmanətlərin sığortalanma faizinin dəyişdirilməsində maraqlı olmadığını bildirib. Qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayıb ki, hazırda bu faiz illik 2,5% səviyyəsindədir və yaxın vaxtda dəyişiklik

8 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) dollarla yerləşdirilən əmanətlərin sığortalanma faizinin dəyişdirilməsində maraqlı olmadığını bildirib.
Qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayıb ki, hazırda bu faiz illik 2,5% səviyyəsindədir və yaxın vaxtda dəyişiklik planlaşdırılmır.
Onun sözlərinə görə, əvvəllər dollar əmanətlərinin payı 80%-dən çox olsa da, indi bu göstərici təxminən 28%-ə düşüb. AMB bu payın 20–25% aralığında olmasını daha məqsədəuyğun hesab edir.
Kazımov qeyd edib ki, əsas problem bankların xarici valyutada cəlb etdiyi vəsaiti hara yönəltməsidir. Bu vəsaitlər xarici qiymətli kağızlara yerləşdirilə bilər, lakin gəlirlilik nisbətən aşağıdır (təxminən 4–4,5%). Xarici valyutada kreditlər isə əsasən ixrac gəliri olan şirkətlərə verilir və buna da tələbat yüksək deyil.
Bu səbəbdən AMB hazırkı vəziyyətdə dollar əmanətlərinin sığorta faizinin dəyişdirilməsini zəruri hesab etmir.
Xəbəri paylaş Dostlarınıza göndərin