İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Ankarada Azərbaycanın Zəfər günü qeyd olunub

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin altıncı ildönümü qeyd olunub. Leqal Xəbər "Report"a istinadən məlumat verir ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin və SOCAR-ın təşkilatçılığı ilə baş tutub. Mərasimdə Türkiyənin rəsmi

7 baxış 3 dəq

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin altıncı ildönümü qeyd olunub.

Leqal Xəbər "Report"a istinadən məlumat verir ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin və SOCAR-ın təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Türkiyənin rəsmi şəxsləri və siyasətçiləri, diplomatlar, ictimai xadimlər, alimlər və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə şəhid olmuş hərbiçilərimizin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov ordumuzun əldə etdiyi qələbədən danışıb. O deyib ki, Azərbaycanın Ali Baş komandanının qətiyyəti, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığı və xalqımızın iradəsi sayəsində torpaqlarımızın ərazi bütövlüyü bərpa olunub.

Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını vurğulayan səfir Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin sarsılmazlığını qeyd edib, iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsini sarsılmaz əməkdaşlığa nümunə çəkib.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı 44 günlük müharibədə Azərbaycanın qazandığı tarixi Zəfərin regionda uzunmüddətli sülh və sabitlik üçün imkanlar yaratdığını bildirib.

Tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) əslən azərbaycanlı deputatları, o cümlədən Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Şamil Ayrım və qrupun üzvü Cantürk Alagöz də iştirak edib.

Sonra Azərbaycanın Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbir xalq artisti Azər Zeynalovun və "Zəngəzur" rəqs qrupunun iştirakı ilə konsert proqramı ilə başa çatıb.

Xəbəri paylaş Dostlarınıza göndərin