Leqal xəbər məlumat verir ki, Yeni dövlət proqramının uğurlu icrası aqrar sahənin inkişafında mühüm dönüş yaradacaq.
Bu fikirləri kənd təsərrüfatı sahəsi üzrə ekspert Şahin İsmayılov səsləndirib. O bildirib ki, proqram aqrar sahədə innovativ yanaşmaların tətbiqinə, məhsuldarlığın artırılmasına və regionlarda kənd təsərrüfatının daha da inkişafına təkan verəcək.
Şahin İsmayılovun sözlərinə görə, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və subsidiya siyasətinin təkmilləşdirilməsi aqrar sektorun dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.
Ekspert qeyd edib ki, yeni proqramın icrası kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılmasına, fermerlərin rifahının yüksəlməsinə və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə də müsbət təsir göstərəcək.![]()