Leqal xəbər məlumat verir ki, Bakı–Quba yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində sürücünün həyatını təhlükəsizlik kəməri xilas edib.
Məlumata görə, hadisə aprelin 1-də səhər saatlarında “Bentley” markalı avtomobilin yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxması nəticəsində baş verib. Nəqliyyat vasitəsi yol kənarındakı dəmir maneələrə çırpılıb və təxminən 500 metr məsafədə sürüklənib. Qəza nəticəsində sürücü xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Rövşən Tağıyev bildirib ki, belə ağır qəzalar zamanı təhlükəsizlik kəməri həyati rol oynayır. Onun sözlərinə görə, kəmər istifadə edilmədikdə sürücü və sərnişinlər avtomobildən kənara atıla və ya salon daxilində ağır zərbələr alaraq həyatını itirə bilər. Qeyd olunub ki, məhz bu hadisədə təhlükəsizlik kəməri sürücünü oturacaqda sabit saxlayaraq onun həyatını xilas edib. Sürücülərə və sərnişinlərə təhlükəsizlik kəmərindən istifadə etməyin vacibliyi bir daha xatırladılıb.
Ağır qəzadan sağ çıxdı
Leqal xəbər məlumat verir ki, Bakı–Quba yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində sürücünün həyatını təhlükəsizlik kəməri xilas edib. Məlumata görə, hadisə aprelin 1-də səhər saatlarında “Bentley” markalı avtomobilin yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxması nəticəsində baş
11 baxış
3 dəq
