Leqal xəbər məlumat verir ki, Türkiyə televiziya tarixinin ən uzunömürlü seriallarından biri olan “Arka Sokaklar”ın final edəcəyi iddia olunur.
Məlumata görə, 2006-cı ildən yayımlanan və artıq 20 mövsümdür davam edən serialın 21-ci mövsüm hazırlıqları dayandırılıb.
Serial İstanbul Polis İdarəsinin xüsusi bölməsində çalışan polislərin gündəlik həyatı və cinayət hadisələri ətrafında cərəyan edir. Baş rollarda Zafer Ergin, Özgür Ozan və Şevket Çoruh yer alır.
İddialara əsasən, layihənin gələcək taleyi ilə bağlı qərarın yeni mövsüm ərəfəsində açıqlanacağı gözlənilir. Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.