İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu

Bu barədə Oxu.Az-a məlumat verən vəkil Hikmət Əliyev bildirib ki, məhkəmənin ilk iclası iyulun 22-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək. ​"İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi və birinci instansiya məhkəməsində araşdırılmamış qalan əhəmiyyətli halların aydınlaşdırılması üçün

9 baxış 3 dəq
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu

Bu barədə Oxu.Az-a məlumat verən vəkil Hikmət Əliyev bildirib ki, məhkəmənin ilk iclası iyulun 22-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.

​"İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi və birinci instansiya məhkəməsində araşdırılmamış qalan əhəmiyyətli halların aydınlaşdırılması üçün tərəfimizdən zəruri vəsatətlər təqdim ediləcək. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin obyektiv, hərtərəfli və ədalətli araşdırılmasının təmin ediləcəyinə ümidvarıq", - deyə Hikmət Əliyev əlavə edib.

Şikayət hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclaslarda araşdırılacaq.

Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.

İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyyatı yerinə yetirərkən arxadan gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.

Xəbəri paylaş Dostlarınıza göndərin