LEQAL XƏBƏR məlumat verir ki, Ağstafa rayonunda yaşayış evində baş verən yanğından sonra ev sahibinin meyiti aşkarlanıb.
Hadisə rayonun Xətai kəndində qeydə alınıb. Məlumata görə, 1975-ci il təvəllüdlü E. Əliyevin yaşadığı evdə yanğın baş verib.
Yanğın söndürüldükdən sonra 51 yaşlı ev sahibinin meyiti otaqlardan birində tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin ehtimala əsasən, yanğın qısaqapanma nəticəsində baş verib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.