İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Avropa ölkələrində supermarketlərə kiberhücum: Milyonlarla avroluq ərzaq korlandı

Avropanın azı yeddi ölkəsində soyuducu avadanlıqlara edilən kiberhücum nəticəsində onmilyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb. Leqal Xəbər TASS-a istinadən məlumat verir ki, hadisə noyabrın 2-nə keçən gecə baş verib. Hücum Belçika, Lüksemburq, İsveç, Finlandiya, İrlandiya,

4 baxış 3 dəq

Avropanın azı yeddi ölkəsində soyuducu avadanlıqlara edilən kiberhücum nəticəsində onmilyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb.

Leqal Xəbər TASS-a istinadən məlumat verir ki, hadisə noyabrın 2-nə keçən gecə baş verib. Hücum Belçika, Lüksemburq, İsveç, Finlandiya, İrlandiya, Niderland və Estoniyadakı supermarketlərə təsir göstərib.

Bütün hallarda soyuducu avadanlıqların temperaturu məsafədən müdaxilə yolu ilə müsbət göstəriciyə qaldırılıb. Nəticədə ərzaq məhsulları korlanaraq istifadəyə yararsız hala düşüb.

Analoji hadisə oktyabr ayında Fransada da baş verib. Həmin vaxt naməlum şəxslər ölkə ərazisindəki müxtəlif ticarət şəbəkələrinə məxsus yüzlərlə mağazada soyuducu və dondurucu kameraların temperaturunu yüksəldə biliblər.

Belçikada baş verən hadisələr kiberhücum kimi qiymətləndirilib. Ölkədə, eləcə də Lüksemburqda "Delhaize", "Spar" və "Carrefour" ticarət şəbəkələri hücuma məruz qalıb. İsveçdə isə "ICA" və "Coop" ərzaq şəbəkələrinə ziyan dəyib. Səhər saatlarında bəzi dondurucu kameralarda temperaturun müsbət 50-55 dərəcəyə çatdığı bildirilir.

İrlandiyada "SuperValu" şəbəkəsinin 13 supermarketi zərər çəkib. Niderlandda "Danfoss" şirkətinin istehsalı olan soyuducu avadanlıqlara müdaxilə edilib. Oxşar hadisələr Finlandiyanın "K Group" supermarketlər şəbəkəsində də qeydə alınıb.

Estoniyada isə "Selver" supermarketlər şəbəkəsi hücumların hədəfi olub. Bu hadisələrin də "Danfoss" şirkətinin avadanlıqları ilə bağlı olduğu bildirilir.

Dəymiş ziyanın ümumi həcmi hələlik müəyyənləşdirilməyib.

Xəbəri paylaş Dostlarınıza göndərin