Leqal xəbər məlumat verir ki, ABŞ Açıq Kubokunun 1/4 final mərhələsində “Kolumbus Kru” “Nyu York Siti” üzərində minimal hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Görüşün taleyini həll edən yeganə qol 59-cu dəqiqədə vurulub.
Azərbaycanlı futbolçu Nəriman Axundzadə oyunda diqqət mərkəzində olub. O, komandasının vurduğu qolun məhsuldar ötürməsinin müəllifi kimi yadda qalıb və qələbədə mühüm rol oynayıb.