İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Azərbaycan-Ermənistan sülhündə 4 istiqamət üzrə davam edir: F.Şəfiyev

Azərbaycan və Ermənistan arasında sülh prosesi dörd əsas istiqamət üzrə davam edir. "Leqalxəbər APA-Economics" istinad xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA)

8 baxış 3 dəq

Azərbaycan və Ermənistan arasında sülh prosesi dörd əsas istiqamət üzrə davam edir.

"Leqalxəbər APA-Economics" istinad xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionun geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişib və hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesi davam edir.

“Bizim dörd istiqamətimiz var. Birincisi sülh müqaviləsi, ikincisi delimitasiya, üçüncüsü nəqliyyat bağlantıları, dördüncüsü isə vətəndaş cəmiyyətləri arasında əlaqələrdir”, – F. Şəfiyev qeyd edib.

Onun sözlərinə görə, son dövrdə, o cümlədən mədəni irslə bağlı müəyyən çətinliklər yaransa da, ümumilikdə müsbət dinamika qorunub saxlanılır.

F. Şəfiyev Cənubi Qafqazda dayanıqlı sülhün Gürcüstan olmadan qurulmasının mümkün olmadığını da vurğulayıb. Onun fikrincə, regionun üç ölkəsinin siyasi və iqtisadi əməkdaşlıq üçün ortaq platforma formalaşdırması vacibdir.

O, regionun inkişafına təsir edən digər mühüm amillər sırasında Orta Dəhlizi, enerji və inteqrasiya proseslərini də qeyd edib. Şəfiyev enerji əməkdaşlığının yalnız ənənəvi neft və qazla məhdudlaşmadığını, alternativ enerjinin də bu istiqamətdə əhəmiyyət daşıdığını bildirib.

Xəbəri paylaş Dostlarınıza göndərin