Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, Azərbaycan tərəfi alüminium folqanın qalınlığı, keyfiyyəti, həcmi və çatdırılma müddətini əhatə edən konkret sorğu təqdim edib.
Nazirin sözlərinə görə, Ermənistan istehsalçıları bu sorğuya uyğun olaraq məhsulun həcmi, qiyməti və logistika detalları ilə bağlı təkliflərini dəqiqləşdirərək qarşı tərəfə göndəriblər. Bununla belə, hazırda Azərbaycan tərəfindən rəsmi cavabın daxil olmadığı qeyd olunur
