İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

"Azərbaycan -İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə bərpa olundu"

“20 oktyabr Zəngilan şəhər günü tariximizin ən önəmli günlərindən biridir. Hələ 1993-cü ildə zəngilanlılar bu torpaqları düşmənə verməmək üçün son nəfəsinə kimi döyüşmüşdülər. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdu.

34 baxış 3 dəq

“20 oktyabr Zəngilan şəhər günü tariximizin ən önəmli günlərindən biridir. Hələ 1993-cü ildə zəngilanlılar bu torpaqları düşmənə verməmək üçün son nəfəsinə kimi döyüşmüşdülər. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışdılar. Əlbəttə, belə qəhrəman xalqın haqq səsini bir gün bütün dünya eşitməli idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 20 oktyabr tarixində Zəngilanı işğaldan azad etməklə döyüş vaxtı növbəti qələbəni qazanmış oldu. Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edildi”.
Leqal Xəbər-in məlumatına əsasən, bunu deputat Vüqar İskəndərov tarixi günlə bağlı açıqlamasında deyib.
“Artıq zəngilanlılar dədə-baba torpaqlarına qayıdırlar. 2026-cı il 1 oktyabr tarixinə qədər Zəngilan şəhərində 84 ailə (339 nəfər), Ağalı kəndində 234 ailə (1017 nəfər), Məmmədbəyli kəndində 179 ailə (903 nəfər) məskunlaşmışdır. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Zəngilanla bağlı görülən işlər əlbəttə ki bununla yekunlaşmayıb. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. “Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılmışdır. Zəngilan bu gün yenidən qurulur. “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan həm də mühüm nəqliyyat qovşağıdır. Bu şəhər nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edir. Zənilanda görülən işləri sadalamaqla bitirmək olmaz”.


Xəbəri paylaş Dostlarınıza göndərin